AZ

Cənubi Koreyada “Deepfake” təhlükəsi:Daxili şəbəkədən əsgərlərin fotoları silinib

Cənubi Koreyada manipulyasiya edilmiş səslər və şəkilləri özündə birləşdirən "deepfake" adlı üsulla saxta seksual görüntülər istehsal etmək təhlükəsi ilə əlaqədar hərbçilərin fotoları daxili rabitə şəbəkəsindən silinib.

“İki sahil” xəbər verir ki, “Yonhap”ın məlumatına görə, Cənubi Koreyada süni intellektlə yaradılan saxta cinsi görüntülər ölkədə hiddətə səbəb olandan sonra Müdafiə Nazirliyinin rəsmisi məsələ ilə bağlı açıqlama verib.

Açıqlamada əsgərlərin, eləcə də ordu və nazirlik rəsmilərinin fotoşəkillərinin saxta cinsi görüntülər hazırlamaq üçün istifadə olunma təhlükəsi ilə əlaqədar daxili kommunikasiya şəbəkəsindən çıxarıldığı bildirilib.

Bu fotoşəkillər yalnız səlahiyyətli şəxslər üçün əlçatan olacaq.

Əksəriyyəti qadın və qızlardan ibarət çoxlu qurbanların səs və şəkillərini ehtiva edən, “deepfake” adlı üsulla manipulyasiya edilən seksual görüntülərin ölkədəki məktəblər və universitetlərə bağlı bəzi söhbət qrupları vasitəsilə yayıldığı müəyyən edilib.

Milli İstintaq İdarəsinin rəhbəri Vu Jong-soo bildirib ki, bu görüntülərin yayıldığı “Telegram”a qarşı cinayətə köməklik maddəsi ilə ilkin istintaq açılıb.

Bundan sonra “Telegram”ın platformadan 25 mənfi məzmunu sildiyi bildirilib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
24
ikisahil.az

1Mənbələr