13-15 sentyabr tarixlərində baş tutacaq “Formula 1 Qatar Airways” Azərbaycan Qran Prisi 2024 ilə əlaqədar logistik əməliyyatların həyata keçirilməsi məqsədilə paytaxın bir sıra yolları bağlanıb.Bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.Qeyd olunub ki, sentyabrın 7-si gecə saat 01:00-dan etibarən Puşkin küçəsinin Üzeyir Hacıbəyov küçəsi və Neftçilər prospekti ilə kəsişməsindən olan hissəsi nəqliyyatın hərəkəti üçün məhdudlaşıb. Məhdudiyyət tədbirin sonunadək davam edəcək.Xatırladaq ki, Nəqliyyatın İdarəetmə Planına əsasən Bakı Şəhər Halqasının keçdiyi küçələr və trekin əhatə etdiyi ərazilər sentyabrın 9-u gecə saat 01:00-dən etibarən nəqliyyatın hərəkəti üçün bağlı olacaq.Hərəkət 17 sentyabr, səhər saat 8:00-dan etibarən bərpa olunacaq. Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq ediləcək.Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsinini keçdiyi ərazidir.Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək. Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən, cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür. Bunun üçün vətəndaşlar zonalar üzrə aşağıdakı müvafiq idarələrə müraciət etməlidirlər:Zona 1 – İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsiBöyük Qala küçəsi 41, keçmiş ensiklopediya binası, 4-cü mərtəbə Tel: (012) 497-35-89Zona 2 – Mənzil-Kommunal və İstismar İdarəsi № 4Xəqani küçəsi 26/32 Tel: (012) 498 88 06Zona 3 – Mənzil-Kommunal və İstismar İdarəsi № 58İstiqlaliyyət küçəsi 5 Tel: (012) 492 41 85Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 29 avqust tarixindən başlayıb 13 sentyabradək davam edəcək. Hər il olduğu kimi, bu il də Formula 1 Qatar Airways Azərbaycan Qran Prisi 2024 müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.Nəqliyyatın hərəkəti ilə bağlı ətraflı məlumatı BŞH-nin rəsmi veb səhifəsindən əldə edə bilərsiniz.
Paylaş:
- Azərbaycan
- Bakı
- Sərnişinlər
- Əməliyyat
- Şəhər
- Yarış
- Qadağa
- Əməliyyatlar
- Səyahət
- Mərkəz
- Yollar
- Bakı Şəhər Halqası Əməliyyat Şirkəti
- Sabah
- Yol
- Formula 1
- Sərnişin
- Logistik
- Məqsəd
- Logistika
- Sentyabr
- Növbədənkənar
- Bağlamaq
- Həyata Keçirilməsi
- Bağlanma
- Əlaqədar
- Qatar Airways
- Trafiq
- Şəhər Mərkəzi
- Bağlama
- Yolların Bağlanması
- Sərnişin Nəqliyyatı
- Qran Prisi
- Üzeyir Hacıbəyov
- Bağlanmaq
- Yol Bağlanması
- Tarixlər
- Puşkin
- Neftçilər Prospekti
- Azərbaycan Qran Prisi
- Şəhər Halqası
- Kapatma
- Üzeyir Hacıbəyov Küçəsi
- Bakı Şəhər Halqası
- Şəhər Halqası Əməliyyat Şirkəti
- Bağlı Yollar
- Baş Tutmaq
- Logistik Əməliyyat
- Mərkəzi Yollar
- Bağlanacaq
- Logistik Əməliyyatlar
- Puşkin Küçəsi
- Azərbaycan Qran Prisi 2024
- Qarantin
- Yol Bağlantısı
- Bağlanan Yollar
- Formula 1 Qatar Airways
- Bağlı Yol
- Yollar Bağlanıb
- Paytax
- Sehər Mərkəzi
- Yolar
- Günlük Bağlanma
- Pris
- Bağlanıb
- Mərkəz Bağlanması
- Bаğlanma
- Qran Prisi 2024
- Yolbağlama
- Şehir Merkezi
- Yollar Bağlanır
- Qeyri Normal Şərait
- Şəhər Bağlanma
- Şəhər Bağlanacaq
- Bağlan
- Şəhər Ətrafındakı Yolların Bağlanması
- Şəhərin Mərkəzi
- Qaran Pris
- Sıra Yollar
- Paytaxın Bir Sıra Yolları
- Bağıl Paytaxt