AZ

"Emin və Ramil "Neftçi"nin problemlərini özü ilə yığmaya gətirib" - Mahir Şükürov

Yığmamız Millətlər Liqasının qrup mərhələsinin 1-ci turunda evdə İsveçə məğlub oldu - 1:3. Oyunu "Tofiq Bəhramov"dan izləyənlər arasında millimizin sabiq futbolçusu Mahir Şükürov də var idi. İlk oyun və Slovakiya ilə qarşıdakı matç haqda fikirlərini öyrənmək üçün onunla danışdıq. Şükürovun "Football-plus.az"a söylədikləri:

"Bəli, matçı izləyə bilmək üçün millinin sabiq oyunçularına VİP sektorda dəvətnamə verilmişdi. Buna görə, AFFA-ya təşəkkür edirəm. Oyuna gəlincə, İsveçə qalib gəlməli, ən pis halda heç-heçə etməliydik. Təəssüf ki, arzuolunmaz hesabla uduzduq. Yaxşı oynasaq, qələbə qazana bilərdik. Zəif çıxış etdik. Meydanda fərdi, yənitəkbətək mübarizələrə atılan, vacib epizodların məsuliyyətini üzərinə götürən futbolçu yox idi. Hələ penalti epizodunu demirəm. Görmüşük ki, belə məqamlarda seçimi baş məşqçi edir. Düşünürdüm ki, penalti zərbəsini Emin, ikinci növbədə "Qarabağ"da bu vəzifənin öhdəsindən layiqincə gələn Toralyerinə yetirəcək. Amma Ramil Emindən topu aldı və qol vura bilmədi. Əlbəttə, o da belə olmasını istəməzdi. Futboldu. Ancaq görünür, Emin və Ramil "Neftçi"nin problemlərini özü ilə yığmaya gətirib. Halbuki kapitan sözü bir dəfə deməlidi və məsələ bitməlidi. Problemlər çoxdu. Fasilədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev yanımıza gəldi və oyun haqda fikirlərimizi soruşdu. İradlarımızı Sərxan bəyə də bildirdik. Bizimlə razılaşdı. Ona da təşəkkür edirəm ki, məsləhətlərimizə qulaq asdı".

Mahir Şükürovun Slovakiya ilə oyunla bağlı düşüncələri:

"Sabahkı qarşılaşma daha çətin olacaq. Slovakiya AÇ-2024-də göstərdiyi performansla müsbət yöndə çox irəlilədiyini sübut etdi. İndi xüsusilə milli komandalar ev oyunlarına daha ciddi yanaşır. Bu üzdən bütün güclərindən istifadə edəcəklər ki, qalib gəlsinlər. Slovaklar ilk oyunda Estoniyanı səfərdə məğlub etdi. Azərbaycanla evdə qarşılaşacaqlarına görə sevinirlər ki, 6 xalımız olacaq. Yenə də yığmamıza uğurlar arzulayıram".

KƏNAN BAHADIR

Seçilən
153
41
football-plus.az

10Mənbələr