AZ

Fernandu Santuş: Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik

Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik.

Bakıvaxtı.az xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə danışıb:

"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır".

Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.

Seçilən
181
50
bakivaxti.az

10Mənbələr