AZ

Qəzzada həyatını itirənlərin sayı 40 min 972-yə yüksəlib

Bakı, TurkicWorld

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Beynəlxalq Xeyriyyəçilik Günü” çərçivəsində 5 sentyabr tarixində ekskursiya baş tutub.

Bu barədə TurkicWorld-a GMD-dən məlumat verilib.

Ekskursiya zamanı bir qrup gənc Hacı Zeynalabdin Tağıyevin ev muzeyini görməklə həm tarixi səfər etdilər, həm də böyük xeyriyyəçinin zəngin irsinin canlı şahidi olublar. Muzeyin divarları arasında gəzdikcə əylənərək, dəyərli məlumatlar əldə ediblər.

Məlumat üçün bildirək ki, “Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi 30 avqust 2012-ci ildən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb və yarandığı ilk gündən etibarən hər zaman gənclər siyasətinə dəstək olaraq, bu sahədə atılan addımlarda ön sıralarda yer alıb.

Birlik gənclərin vətənpərvərlik hisslərinin, dövlətçilik dəyərlərinin yüksəldilməsi, gənclərin asudə vaxtlarının səmərəli və öyrədici formada dəyərləndirilməsi məqsədilə gənclər sektorunda mühüm rol oynayan müxtəlif istiqamətlər üzrə çoxsaylı layihələr həyata keçirir.

Hafiz Rufizoğlu

Seçilən
163
24
turkic.world

10Mənbələr