AZ

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırıldı

Ukraynanın Gürcüstandakı müvəqqəti işlər vəkili geri çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın yeni xarici işlər naziri Andrey Sibiqa sosial şəbəkə hesabında yazıb.

Nazir bu addımı diplomatın müharibə şəraitində olan ölkədə siyasi reallıqları tam dərk etməməsi ilə əlaqələndirib. O, həmçinin Ukraynanın səfir və konsullarını mərkəzdən göstəriş gözləməməyə və fəal mövqe tutmağa çağırıb.

Qeyd edək ki, Ukraynanın Gürcüstandakı səfirliyinin fəaliyyətinə Mixail Xarişin rəhbərlik edirdi.


Müəllif: Teleqraf.com
Seçilən
124
50
teleqraf.com

10Mənbələr