Moskva-İstanbul marşrutu üzrə “PC389” reysini yerinə yetirən “Airbus A320” təyyarəsi Varşava hava limanına planlaşdırılmamış eniş edib.
“Report” xəbər verir ki, bu barədə “Flightradar24” xidməti məlumat yayıb.
Qeyd olunub ki, təyyarə Türkiyənin “Pegasus” aviaşirkətinə məxsusdur. Sentyabrın 8-də Bakıvaxtı ilə saat 20:58-də Vnukovo hava limanından havaya qalxan təyyarə Bakı vaxtı ilə saat 22:57-də Varşavanın Frederik Şopen Beynəlxalq Hava Limanına enib.
Təcili enişin təfərrüatları hələlik açıqlanmayıb.
Mənbə: report.az
Digər HADİSƏ xəbərləri
Copyright © 2024 All Rights Reserved. Developed by scorpion.az