Azərbaycan səhiyyə sisteminin qarşısında duran əsas çətinliklərdən biri yaxın illərdə səhiyyə xərclərinin idarə edilməsi və nəzarətin gücləndirilməsi olacaq. Bu gün atılacaq düzgün və səmərəli addımlar gələcəkdə bu problemlərin həlli istiqamətində Azərbaycana əhəmiyyətli dərəcədə kömək edə bilər. Bu addımlar isə yalnız elmi əsaslı yanaşmalarla icra edilməlidir. Elmi əsas dedikdə, mütləq aşağıdakı tədqiqatların təhlilinə diqqət yetirilməli və Azərbaycanın səhiyyə siyasətinin inkişafında müvafiq dövlət qurumlarının qərarlarının əsasında yer almalıdır.Ən son aparılan və çox vacib elmi tədqiqatlar:- ASS (aspirin) qəbulunun bağırsaq xərçənginin azalması ilə əlaqəsiƏn son araşdırmaya (2024; DOI: 10.1001/jamaoncol.2024.2503) görə, asetilsalisil turşusunu (ASS) müntəzəm qəbul edən və qeyri-sağlam həyat tərzi keçirən insanlarda bağırsaq xərçəngi riskinin azalması, sağlam həyat tərzi keçirənlərdən daha çoxdur. Yəni, artıq elmi əsaslı deyə bilərik ki, asetilsalisil turşusu (ASS) qeyri-sağlam həyat tərzi keçirən insanlarda həm də bağırsaq xərçənginin əmələ gəlmə riskini azaldır.- Uşaqlar üçün daha uzun məktəb fasilələri miopiyanın qarşısını alırŞanxayda aparılan müşahidə tədqiqatı göstərir ki, açıq havada daha çox vaxt keçirmək uşaqlarda miopiyanın inkişafını ləngidir. JAMA Network Open-də yayımlanan araşdırmaya görə (2024; DOI: 10.1001/jamanetworkopen.2024.24595), bunun üçün ən azı 15 dəqiqə ardıcıl olaraq 2.000 Lux (lx) işıqlanmaya məruz qalmaq vacibdir. Buna isə adi məktəb fasilələri kifayət etmir.- Qırmızı ət və 2-ci tip şəkərli diabet riskiÇoxlu qırmızı ət (mal əti, donuz əti, quzu əti, keçi əti) və xüsusən də işlənmiş ət məhsulları (kolbasa, sosis və s.) qəbul edən insanlarda, 2-ci tip şəkərli diabet riskinin artdığı təsdiqlənib. Bu, Lancet Diabetes & Endocrinology jurnalında dərc olunan (2024; DOI: 10.1016/S2213-8587(24)00179-7) çox ciddi meta-analizdə təsdiq edilib. Toyuq əti qəbul etmək isə daha az risklə əlaqələndirilib.- Uşaqlıq transplantasiyası ilə ana olma arzusu gerçəkləşə bilərTədqiqata görə, 20 qadından 16-sı uterus transplantasiyası nəticəsində ana olmaq arzusunu gerçəkləşdirib. JAMA jurnalında yayımlanan məlumatlara (2024; DOI: 10.1001/jama.2024.11679) əsasən, əməliyyat donor və qəbuledici üçün risklərlə müşayiət olunub. Bununla belə, uşaqlara immunosupressiya səbəbindən hər hansı zərərin dəyib-dəymədiyi müəyyən edilməyib. İlk uğurlu əməliyyat 2011-ci ildə Türkiyədə həyata keçirilib.SonElmi əsaslarla sübut edilib ki, əhalinin rifah halı yüksəldikcə, onların müasir səhiyyə xidmətlərinə olan tələbatı da artmaqdadır. Bu reallığı nəzərə alaraq, inkişaf edən Azərbaycanın səhiyyə siyasətində gələcəyə doğru atılmalı olan hər addım ciddi və məsuliyyətli şəkildə qiymətləndirilməlidir.Nuran Abdullayev