AZ

İsrail İranın hərbi bazalarını vurdu

İsrail Suriyanın mərkəzinə aviazərbələr endirib.

Vətəninfo.az xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət agentliyi məlumat yayıb.

Aviazərbələr nəticəsində azı 5 nəfər ölüb, 19 nəfər yaralanıb.

Zərbələrin bazar günü axşam Həma əyalətinin Masyaf şəhəri yaxınlığında həyata keçirildiyi qeyd edilir. İsrail ordusu xəbərləri şərh etməyib.

“Hava hücumundan müdafiəmiz bir neçə raketi vurub”, – agentlik qeyd edir.

Böyük Britaniyada yerləşən Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) 7 nəfərin öldüyünü və 15 nəfərin yaralandığını bildirib. Qeyd olunur ki, İranyönlü qrupların və silah ekspertlərinin olduğu ərazidə 13 böyük partlayış baş verib.

İsrail ordusu məsələyə münasibət bildirməyib.

“The Times of Israel” qəzeti yazır ki, İsrailin raket hücumu nəticəsində Suriyadakı İran obyektləri, o cümlədən Tehranın raket istehsalı bazası vurulub. Həmanın qərbində yerləşən Masyaf bölgəsi İran qüvvələri və iranpərəst silahlı qruplaşmalar tərəfindən baza kimi istifadə edilir.

Nəşr vurğulayıb ki, həmin ərazidə İran qüvvələrinin dəqiq idarə olunan yer-yer tipli raketlər istehsal edən Elmi Tədqiqat və İnkişaf Mərkəzi yerləşir.

Seçilən
168
36
veteninfo.az

10Mənbələr