AZ

Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub

Norveçli Maqnus Karlsen sürətli şahmat üzrə dünya çempionatının qalibi olub.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 33 yaşlı qrossmeyster finalda Fransa təmsilçisi Əlireza Firuzca ilə üz-üzə gəlib.

Karlsen rəqibini böyük üstünlüklə məğlub edib - 23,5:7,5.

Qeyd edək ki, turnirdə son illərin ən gözlənilən görüşlərindən biri də baş tutub. Karlsen yarımfinalda saxtakarlıqda ittiham etdiyi Hans Nimannı (ABŞ) beş xallıq üstünlüklə məğlub edib.

Seçilən
21
8
operativmm.az

9Mənbələr