AZ

Nadir qazıntı: Üç min il əvvələ aid hərbi kazarma tapıldı – FOTOLAR

Arxeoloqlar Misirin Beheyra əyalətində 3000 il əvvələ aid hərbi kazarma və anbarlar aşkar ediblər. Bu kəşfdə firon II Ramzesin (e.ə. 1279-1213) dövründən döyüşçü ordusunun izləri var.

Yenicag.az xəbər verir ki, kərpicdən hazırlanmış bu tikililər dar dəhlizlə ayrılmış iki eyni qrupdan ibarətdir. Onların içərisindəki oymalar II. Ramzes uğrunda döyüşən əsgərlərin uğurlarından bəhs edir. Qazıntılar zamanı Böyük Ramzesin gerbi olan bürünc qılınc da tapılıb.

Qazıntılar zamanı Misir tanrıları Amon və Ptaha aid oyma əşyalar, nar naxışlı boyunbağı və üzüklər də tapılıb. Qərargahın bəzi hissələrinin əsgərlərə yemək və gündəlik tələbat malları vermək üçün istifadə edildiyi anlaşılır.

Bu arada Gizada dünyanın ən böyük muzeyi tikilir. 90.000 kvadratmetrlik bu muzeydə 100.000-dən çox qədim eksponat nümayiş etdiriləcək. Kral Tutanxamonun məzarından tapılan xəzinələr də daxil olmaqla bir çox artefakt burada ilk dəfə sərgilənəcək. Muzeyin yaxınlığında turistləri Giza piramidaları ilə birləşdirən 2 km uzunluğunda piyada cığırı da olacaq.

İsmayıl Bakuvi

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
23
38
yenicag.az

10Mənbələr