AZ

Kursk uğursuzluğu Zelenskiyə son zərbə olacaq - "National Interest”

"Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumunun uğursuzluqla nəticələnməsi Kiyev rejiminin lideri Vladimir Zelenskiyə son zərbə ola bilər".

Bunu Pentaqonun keçmiş analitiki Robert İnqliş deyib.

O, Amerikanın “National Interest” (Nİ)jurnalı üçün yazdığı məqalədə qeyd edib ki, bu, Zelenskinin sonunu gətirə bilər.

İnqlişin fikrincə, Ukrayna Silahlı Qüvvələrinin Kursk istiqamətində uğursuzluğa uğrasa bu, ukraynalıların da səbrini alt-üst edəcək. Çünki Zelenski əvvəlki iki böyük hərbi kampaniyada uğursuzluğa düçar olmuşdu.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Son aylarda Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişib. Amma Ukrayna qoşunlarının ilk dəfə olaraq Rusiya ərazisinə girib Kurskda xeyli ərazini zəbt etməsi müharibədə dönüş nöqtəsinə çevrilib.

Tural

 

Seçilən
135
50
news365.az

10Mənbələr