Gürcüstan prezidenti Salome Zurabişvili ikinci müddətə dövlət başçısı olmaq niyyətində olduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Mən Gürcüstanın Avropa yoluna qayıtması üçün ikinci müddətə namizəd olmaq da daxil olmaqla, daha böyük məsuliyyət götürməyə hazıram”, - Zurabişvili bildirib.
O, 2018-ci ilin dekabrından dövlət başçısı vəzifəsində çalışır. Növbəti prezident seçkiləri 2024-cü ilin oktyabrında keçiriləcək.