AZ

Daha bir neçə ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevriləcək

Azərbaycanda bir neçə ali təhsil müəssisəsi publik hüquqi şəxsə çevrilərək, yenidən təşkil olunacaq.

Valyuta.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov müvafiq qərarlar imzalayıb.

Qərarlara əsasən, Sumqayıt Dövlət Universiteti, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və Lənkəran Dövlət Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil olunacaq.

Qeyd edək ki, bundan öncə Baş nazir Əli Əsədovun imzaladığı müvafiq qərarlarına əsasən Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Texnologiya Universiteti və Bakı Slavyan Universiteti publik hüquqi şəxsə çevrilərək yenidən təşkil ediləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
37
4
valyuta.az

10Mənbələr