AZ

“Prezidentin səsləndirdiyi fikirlər Qərbin anti-Azərbaycan qüvvələrinə növbəti ciddi mesajdır” - Adəm İsmayıl Bakuvi

“Prezidentin səsləndirdiyi fikirlər Qərbin anti-Azərbaycan qüvvələrinə növbəti ciddi mesajdır” - Adəm İsmayıl Bakuvi




“Məlum olduğu kimi Avropa İttifaqı ölkələri arasında Azərbaycanla daha geniş və möhkəm əməkdaşlıq əlaqələrinə malik olan ölkə İtaliyadır. Hələ 2020-ci ildə Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Respublikasına olan dövlət səfəri zamanı ölkələrimiz arasında 28 sənəd imzalanmışdı. Həmin sənədlər arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” xüsusi əhəmiyyət kəsb edir. Məhz bu sənəd Azərbaycan və İtaliya arasında münasibətlərin inkişafında başlıca plan rolunu oynayır və özündə siyasi dialoq, ticari-iqtisadi münasibətlər, enerji, nəqliyyat-kommunikasiya, elm, təhsil, mədəniyyət, humanitar, müdafiə sahələrində əlaqələrin inkişafına dair xeyli məsələləri ehtiva edir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin İtaliya Prezidentinin dəvətilə 4-6 sentyabr tarixlərində Romaya etdiyi işgüzar səfər çərçivəsində 50-ci Beynəlxalq Çernobbio Forumunda əsas qonaq qismində iştirakı da ölkəmizə artan marağın daha bir təzahürüdür. Forumun “Gələcək qlobal çağırışlar və onların biznesə təsiri” adlı açılış sessiyasında dövlətimizin başçısının “Yeni geosiyasi vəziyyətdə Azərbaycanın rolu” mövzusunda çıxışında təkcə Azərbaycan və İtaliya deyil, həmçinin bütün Avropa ictimaiyyətini düşündürən məqamlar barədə önəmli açıqlamalar təqdim olunmuşdur. İlk növbədə cənab Prezident ölkələrimiz arasında ticarin əməkdaşlığın çox fəal olduğunu vurğulamış və bildirmişdir ki, İtaliya Azərbaycanın dünyada bir nömrəli ticarət tərəfdaşıdır. Qeyd olunmuşdur ki, Azərbaycan İtaliyanın bir nömrəli neft və ikinci ən böyük qaz təchizatçısıdır və bu da bizim əməkdaşlığımızın vacib hissəsidir.”Bunu ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi açıqlamasında bildirib.Müsahibimiz daha sonra qeyd edib ki, Prezident İlham Əliyevin çıxışında yer almış bəzi fikirlər Qərbin hələ də anti-Azərbaycan əhval-ruhiyyəsini təbliğ etməyə çalışan müəyyən dairələrinə açıq-aydın mesaj idi: “Öz çıxışında dövlətimizin başçısı təkcə Qafqazda deyil, daha geniş regionda baş vermiş ən böyük geosiyasi dəyişikliyin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsinin olduğunu bir daha diqqət mərkəzinə çəkdi. Cənab Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, beynəlxalq hüququn aliliyi yalnız hüquqi çərçivə ilə yanaşı, həmçinin cəsarət və real gücün də olduğu halda təmin edilə bilər. 30 il ərzində işğal altında olan ərazilərimizin böyük hissəsi 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində azad edildi. Lakin məsələ bununla da bitmədi, çünki separatçılar Azərbaycanın suverenliyinə xələl gətirməyə davam edirdilər. Bu məsələdə sonuncu nöqtə ötən ilin sentyabrında qoyuldu və Azərbaycanın suverenliyi tam şəkildə bərpa edildi. Cənab Prezident Azərbaycanın bu tarixi Qələbəsinin bu gün ərazi bütövlüyünü və suverenliyini bərpa etmək istiqamətində uğura nail olmaqda çətinlik çəkən bir çox ölkə üçün yaxşı nümunə olduğunu qeyd etməklə bütün anti-Azərbaycan əhval-ruhiyəli qüvvələrə bir daha öz mesajını göndərmiş oldu. Azərbaycan öz nümunəsi ilə onu nümayiş etdirdi ki, beynəlxalq hüquq, güclü siyasi iradə, cəmiyyətin səfərbər olması və fiziki güc ciddi siyasi dəyişikliklə nəticələnə bilər” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.




Xəbərin oxunma sayı :
58

Seçilən
144
1
azfakt.com

10Mənbələr