AZ

Blinken: Bayden Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbələr endirmək qadağası ləğv edə bilər

“ABŞ Prezidenti Co Bayden Amerikanın uzaqmənzilli silahları ilə Rusiyaya zərbələr endirmək qadağasının ləğvini istisna etmir”.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Blinken Sky News telekanalına müsahibəsində bildirib.

Müsahibədə “münaqişə davam edərkən ABŞ prezidentinin belə bir addım atmağa icazəsinin mümükünlüyünə dair” suala cavabında Blinken qeyd edib ki, ABŞ Ukraynaya “lazım olan zamanda, Rusiyanın təcavüzünü effektiv şəkildə dəf etmək üçün lazım olanı təmin etdi”.

O əlavə edib ki, Vaşinqton digər amilləri də nəzərə almalıdır: “Məsələn, Ukrayna qoşunlarının Qərb müttəfiqləri tərəfindən təmin edilən mütərəqqi sistemlərdən istifadə edib qoruyub saxlaya bilməyəcəyini unutmamalıdır. Qərar qəbul edərkən bütün bunlar nəzərə alınmalıdır. Ancaq sizə deyə bilərəm ki, biz bu yolda hər addımı uyğunlaşdırdıq və tənzimlədik və bunu davam etdirəcəyik, ona görə də indiki məqamda bundan söhbət gedə bilməz”.

Bizim.Media

Seçilən
148
50
bizim.media

10Mənbələr