AZ

ABŞ-dan Çinə açıq ittiham: Rusiyanın hərb maşınını gücləndirir

Çin Rusiyanın hərb maşınının gücləndirilməsində “çox əhəmiyyətli” kömək edir.

Musavat.com xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Kurt Kempbell deyib. Onun sözlərinə görə, dəstəyin müqabilində Rusiya indiyədək çox ciddi-cəhdlə qoruduğu sualtı qayıq və raket texnologiyalarını Çinlə bölüşür.

Brüsseldə Avropa Birliyi və NATO həmkarları ilə görüşdükdən sonra bir qrup jurnalistə danışan Kempbell Pekinə münasibətdə Rusiyaya dəstəklə bağlı daha kəskin ittihamlar səsləndirib. Əvvəllər ABŞ Pekinin həm hərbi, həm də mülki məqsədlər üçün istifadə oluna bilən ikili istifadə olunan texnologiyaların Rusiyaya tədarükünə xüsusi diqqət yetirirdi.

İndi Vaşinqton açıq şəkildə bildirir ki, Çin Rusiya ordusuna kömək edir. Beynəlxalq sanksiyalarla üzləşən Moskvanın Ukraynaya qarşı müharibələrini davam etdirə bilməsi üçün hərbi istehsalı artıracaq texnologiyaya çox ehtiyacı var.

 

Musavat.com

Seçilən
114
39
musavat.com

10Mənbələr