AZ

Azərbaycanda 10 min manatlıq ixtisaslar – İmkansız tələbələr nə etsin?

Xəbər verdiyimiz kimi, ölkədə ən bahalı ixtisasların siyahısı açıqlanıb.

Məlum olub ki, bakalavr pilləsi üzrə ən bahalı ixtisaslar Bəstəkarlıq, Dirijorluq (sahələr üzrə), İnstrumental ifaçılıq (sahələr üzrə) və Vokal sənətidir. Bu ixtisasların illik təhsil xərci 9000 AZN-dir.

Magistratura pilləsi üzrə ən bahalı ixtisaslar isə Bəstəkarlıq, Dirijorluq və İnstrumental ifaçılıqdır. Bunların hər birinin illik təhsil xərci 10 min manat təşkil edir.

Digər ixtisaslar üzrə isə qiymətlər 2 mindən başlayaraq, 7-10 min manat arasında dəyişir.

Bəs təhsil haqlarının bu qədər baha olmasına səbəb nədir? Ödənişdə çətinlik çəkənlər üçün hansısa güzəştlər varmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli Bakupost.az –a açıqlama verib.

O bildirib ki, dövlət universitetlərində təhsil pulsuz olmalıdır:

“Özəl universitetlər qiymətləri özləri təyin edir. Necə deyərlər, özləri bilər. Bu, onların məsuliyyətidir. Yeganə öhdəlikləri qazanclarından vaxtı-vaxtında dövlətə vergi vermək, Elm və Təhsil Nazirliyinin proqramından kənara çıxmamaqdır. Amma dövlət universitetlərində təhsil tam pulsuz olmalıdır. Əgər dövlət universitetidirsə, biz vətəndaş olaraq dövlətə vergilər şəklində vəsait ödəyirik, həmin vəsait bizim övladlarımızın təhsilinə getməlidir. Bu məsələdə dövlət və özəl təhsil müəssisələrini bir-birindən ayırmaq, fərqli bir yanaşma ilə bu məsələni kökündən həll etmək lazımdır”.

 

Seçilən
176
31
nocomment.az

10Mənbələr