AZ

Mobil telefondan istifadə beyin xərçəngi riskini artırır? - ARAŞDIRMA

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Mobil telefondan istifadə beyin xərçəngi riskini artırır” iddialarına əsasən tədqiqat apatıb. Məlum olub ki, telefonların istifadəsi qlioma, meningioma, akustik neyroma, həmçinin hipofiz və tüpürcək vəzi xərçəngi, leykemiya riskinin artması arasında heç bir əlaqə yoxdur. Araşdırma, 22 ölkədə aparılıb. Nəticələr isə 63 fərqli məqalədə dərc olunub.

Tədqiqatda, mobil telefonlar tərəfindən ötürülən radiotezlikli elektromaqnit sahələrinin sağlamlığa təsirləri də araşdırılıb. Mütəxəssislər, telefonların elektromaqnit ötürücü dalğalarının aşağı radiotezlikli olduğunu, bədənimizdəki ionlaşma prosesinə və DNT-mizə təsir edə bilməyəcəyini vurğulayıb.
Araşdırma “Environment International” jurnalında dərc olunub.

Saglamolun.Az





Seçilən
45
1
saglamolun.az

2Mənbələr