AZ

Azərbaycanda bütün şəhid övladları məktəbli forması ilə təmin ediləcək

“Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədri Araz Paşayev son iclasda belə bir qərar da verib ki, sentyabrın 16-da bütün təhsil müəssisələri üzrə məktəbə gedəcək şəhid övladları ATİAHİ tərəfindən məktəbli forması ilə təmin ediləcək. Bütün şəhid övladlarına həm qış, həm yay mövsümü üçün, yəni 2 dəst məktəbli forması veriləcək”.
 

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, bu sözləri sentyabrın 10-u Lənkəranda keçirilən Lənkəran-Astara Regional Təhsil İdarəsinin ənənəvi sentyabr konfransında çıxış edən Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə deyib. 

 
 
Çıxışına konfrans iştirakçılarına ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin salamlarını çatdırmaqla başlayan Mirzə Cəfərzadə bir neçə yeni məlumatı da təhsil işçilərinin nəzərinə çatıdırıb.


 
“Biz həmişə çalışmışıq ki, təhsil sahəsində çalışan çox zəhmətkeş müəllimlərimiz gərgin iş rejimi ilə yanaşı həm də mənalı istirahət etsinlər, yaxşı müalicə olunsunlar. Yeni bir məlumatı da sizə verim ki, ittifaqımızın bu il Xaçmaz rayonunun Nabran qəsəbəsində yerləşən “Təhsil” İstirahət Mərkəzində əlavə bir yeni korpusu tikilib və artıq növbəti ildən 800 nəfər təhsil işçisinin eyni vaxtda, çox müasir, yüksək səviyyədə tikilmiş korpusda istirahətini təmin edəcəyik. 


 
Qeyd edim ki, Azərbaycanın bir çox rayonlarında, eləcə də Lənkəran, Astara, Masallı zonasında bronxial xəstəliklərdən, tənəffüs orqanlarının xəstəliklərindən əziyyət çəkənlər çoxdur, bunu nəzərə alaraq Naxçıvanda Duzdağ deyilən ərazidə müasir istirahət kompleksi var, o kompleksdə bina almışıq, artıq bir qrupumuzu ora dincəlməyə və müalicəyə göndərmişik. Növbəti illərdən daha çox üzvümüzün istirahətini, müalicəsini təmin edəcəyik".

Seçilən
48
4
azedu.az

5Mənbələr