"Ermənistanın yenidən Naxçıvan istiqamətində atəşkəsi pozması səbəbsiz deyil.Rəsmi Bakı sülh müqaviləsini xatırlatdıqca Ermənistan havadarlarının diktəsilə gərginlik yaradır, sülh ab-havasını pozmağa çalışır. Çünki bu regionda dayanıqlı sülh və sabitliyin təmin olunması Qərbdəki havadarların marağında deyil. Amma Azərbaycan hazırki vəziyyədə sülhü mümkün sayır. Belə ki, Prezident İlham Əliyev ötən həftə Çernobbio forumunda da bəyan etdi ki,Cənubi Qafqazda sülhə nail ola bilərik. Sülh müqaviləsinin mətninin təqribən 80 faizi artıq razılaşdırılıb. Sərhədin delimitasiyası prosesinə, hətta demarkasiyasına da nail olmuşuq. Ermənistanla 1000 kilometrlik sərhədin on üç kilometrlik hissəsi demarkasiya edilib. Rəsmi Bakı bunu düzgün istiqamətdə atılmış addım hesab edir və ümid var ki, sülh danışıqları ilə bağlı Azərbaycanın irəli sürdüyü bu təşəbbüs sülh sazişinin imzalanması ilə nəticələnəcək."Bu sözləri mətbuata açıqlamasında VI-cı çağırış Milli Məclisin deputatı Könül Nurullayeva deyib.O,qeyd edib ki, Azərbaycanın bütün fəaliyyəti dayanıqlı sülhün təmin olunmasına yönəlib. Amma Ermənistanın baş nazirinin “İrəvan dialoqu” adlı forumda çıxışı zamanı həm “sülh sazişi” layihəsi, həm də ümumilikdə 10 noyabr tarixli üçtərəfli Bəyanat ilə bağlı səsləndirdiyi iddialar göstərir ki, qarşı tərəf sülhdə maraqlı deyil. Prosesi mərhələlərə bölmək haqlı olaraq Azərbaycan tərəfindən qəbul olunmur. 30 illik işğal dövründə Ermənistan sülh danışıqlarını uzatmaq məqsədilə Minsk Qrupu həmsədrlərinin dəstəyilə mərhələli həll variantlarının kölgəsində çox təxribatlar törədib. Amma artıq vəziyyət dəyişib. Real və davamlı sülhün əsas şərtlərindən biri “miatsum”u dəstəkləyən Ermənistan Konstitusiyasının dəyişdirilməsi, Azərbaycana qarşı ərazi iddialarına rəsmi şəkildə son qoyulmasıdır. Ermənistan müxtəlif bəhanələrlə ana qanunu dəyişdirməkdən yayınmaqla əslində gələcəkdə özü üçün manipulyasiya imkanı yaratmağa çalışır. Amma heç bir halda İrəvan buna nail ola bilməyəcək.Qərbdəki havadarların ayırdığı ianələr də bu məsələdə Ermənistana kömək etməyəcək,-Könül Nurullayeva bildirib.Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta