AZ

Qvardiola və başqaları

İngiltərə millisinin baş məşqçisi vəzifəsinə əsas namizədlər məlum olub. Hazırda 3 nəfər bu postu tutmağa daha yaxındır.

Yığmaya rəbərlik etmək üçün namizədlərin arasında Eddi Hou, Qrem Potter və Frenk Lempard var. İngiltərə Futbol Assosiasiyası sözügedən mütəxəssisləri diqqətdə saxlayır. Federasiyanın prioriteti isə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır. Onun hələ yeni müqavilə bağlamamasının bu dəvətə görə olduğu deyilir.

Müvəqqəti baş məşqçi kimi ilk 2 oyununda qələbə qazanan Li Karslinin də indi daimi çalışdırıcı olmaq üçün yaxşı fürsəti var. Assosiasiya DÇ-2026-nın seçmə mərhələsi başlayanadək yeni baş məşqçi təyin edəcək.

Qeyd edək ki, İngiltərə millisinin baş məşqçisi Qaret Sautqeyt bu ilin iyul ayında vəzifəsindən istefa verib. O, bu addımı milli ilə Avro-2024-ün finalında İspaniyaya uduzduqdan sonra atıb. Sautqeyt ötən ay Texniki Müşahidəçilər Komitəsinin daimi üzvü olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
futbolinfo.az

1Mənbələr