AZ

"Biz qətiyyən özümüzü məğlub hesab etmirik" - Tural Abbaslı

"Biz qətiyyən özümüzü məğlub hesab etmirik".

 

Bunu Modern.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı bildirib.

 

O qeyd edib ki, rəhbərlik etdiyi partiya seçkilərə 18 namizədlə qatılıb.

 

"Bizdə olan məlumata görə ən az onların yarısı kifayət qədər səs toplayıb qalib gəlmişdi. Sadəcə olaraq, Azərbaycan reallığını, məntəqələrdə baş verən hadisələri hər kəs bilir. Bunun sosial şəbikələrdə video formasında açıq-aşkar görsənir. O baxımdan, "biz məğlub olmuşuq, nəsə düşünürük" demək doğru deyil. Biz məğlub  olmamışıq, mən də daxil olmaqla namizədlərimizin yarısı dairələrdə qalib gəlmişdi. Xalqın reaksiyasına da baxsalar, görərlər ki, bu gün ən populyar partiyalardan biri də Ağ Partiyadır”.

 

T.Abbaslı vurğulayıb ki, dövlətin siyasi partiyalar üçün ayırdığı maliyyə vəsaiti yetərli deyil:

 

“Dövlətin büdcədən partiyalar üçün ayırdığı maliyyə vəsaiti  kifayət qədər azdır. Çünki dövlətin 25 siyasi partiya üçün ayırdığı maliyyə Yeni Azərbaycan Partiyasının hardasa bir illik maliyyəsindən 5-6 dəfə azdır. Belə olan halda,  sağlam rəqabətdən söhbət gedə bilməz. Parlament partiyalarına ayrılan maliyyə ilə, parlamentə düşməyən partiyalara ayrılan maliyyə arasında kifayət qədər uçurum var. Onsuz da parlament partiyalarına ayrılan maliyyə vəsaiti də azdır. Parlamentdə təmsil olunan partiyalara maliyyə vəsaiti 90 faiz, seçkilərdə iştirak edəın partiyalara isə 5 faiz vəsait ayrılacaq. İndi özünüz hesablayın. Bu qədər vəsait partiya üçün nə qədər  yetərlidir?”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
1
modern.az

2Mənbələr