Müəllif: Gülnar Əhmədli, Banco.az
Bu ilin yanvar-iyun aylarında ölkəyə göndərilən pul baratlarının həcmi 567.8 milyon ABŞ dolları təşkil edib.
Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 36.3% azdır.
Ötən ilin eyni dövründə bu göstərici 890.7 milyon ABŞ dolları təşkil edib.
Qeyd edilib ki, hesabat dövründə ölkədən köçürülən pul baratlarının həcmi isə 1.9% artaraq 259.6 milyon ABŞ dollarına çatıb.
Nəticədə pul baratları üzrə 308.2 milyon dollar müsbət saldo yaranıb.