AZ

Ermənistanın istədiyi yeni silah: Qiyməti 250 milyondur

Ermənistan Hindistandan əlavə ATAGS artilleriya qurğuları almaqda maraqlıdır.

Teleqraf.com xəbər verir ki, bu barədə “Sputnik Ermənistan”a Hindistan Müdafiə Araşdırmaları və Təhlili İnstitutunun baş direktoru Sudan Çinoy məlumat verib.

“ATAGS yüksək manevr qabiliyyətinə malik qurğulardır. Hindistanda hazırlanır, çox uğurludur. Erməni tərəfi 6 belə sistem alıb”, - institut rəhbəri bildirib.

Çinoy xatırladıb ki, Dehli artıq “Svati” radar komplekslərini İrəvana çatdırıb və bu alışın dəyəri 40 milyon dollar olub.

İnstitutun baş direktoru onu da əlavə edib ki, Ermənistan təxminən 250 milyon dollar dəyərində olan “Pinaka” çoxlüləli raket sistemlərinə də maraq göstərir.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
97
1
teleqraf.com

2Mənbələr