Bu fikirləri Olaylar.az-a açıqlamasında siyasi şərhçi Elçin Xalidbəyli deyib:
"ABŞ USAID üzərindən Ermənistana dəstək vermək planlarını icra etməyə başlayıb. Bildiyiniz kimi, son vaxtlara qədər 120 milyon olan dəstək məbləği artıq 250 milyon dollara çatdırılıb. Bu da o deməkdir ki, ABŞ USAID üzərindən Ermənistana maliyyə yardımlarını ikiqatdan artıq çoxaldıb. Bu da ABŞ-nin Cənubi Qafqazdakı dövlətlərə qarşı ayrı-seçkilik münasibətindən başqa bir şey deyil. Ermənistanı gücləndirmək, regionun aqressiv dövlətinə çevirmək üçün atılan addımlardan ibarətdir. Hazırda USAID faktiki olaraq öz nizamnaməsinə və hədəflərinə uyğun fəaliyyətdən tamamilə uzaqlaşıb və işğalçı, separatçı, başqa dövlətlərin ərazilərini iddia edən Ermənistanın maliyyələşdirilməsi prosesində xüsusi yer tutmağa başlayıb. USAID beynəlxalq məkandakı fəaliyyətinə uyğun olmayan bir fəaliyyət istiqaməti götürülüb. Rəsmi Bakı da bu məsələyə çox ciddi diqqət yetirməlidir. Əgər USAID bu cür davranışlarını davam etdirərsə, Azərbaycan USAID-lə münasibətlərinin kəsilməsi barədə qərar qəbul edəcəksə, tamamilə haqlı olacaq. Hətta USAID-in Bakıda ofisi varsa, onun da bağlanması qətiyyən yersiz görünməz".
Qiymət Mahir