AZ

“Biz axmaq deyilik” - Zelenski Çin və Braziliyanın “sülh planı”nı tənqid etdi

"Çin-Braziliya təklifi destruktivdir və həm də bu, sadəcə, siyasi bəyanatdır".

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Braziliya mətbuatına müsahibəsində deyib.

Zelenski Braziliya Prezidenti Lula da Silvaya bu məsələni birlikdə müzakirə etməyi təklif etdiyini qeyd edib. Bundan əlavə, onun sözlərinə görə, Kiyev Çini də sülh təklifini birlikdə müzakirə etməyə dəvət edib.

Ukrayna Prezidenti qeyd edib ki, Ukraynadan soruşmadan hər hansı təşəbbüs irəli sürmək düzgün deyil. Zelenskinin sözlərinə görə, Braziliya və Çin öz sülh təkliflərini Ukrayna ilə deyil, Moskva ilə əvvəlcədən müzakirə ediblər: "Biz axmaq deyilik".

Xatırladaq ki, Çin və Braziliyanın təklifi əsasən münaqişənin dondurulmasını və reallıqda Ukraynanın öz ərazilərindən imtinasını nəzərdə tutur.

“AzPolitika.info”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
5
azpolitika.info

1Mənbələr