AZ

İsrail ordusu İordan çayının qərb sahilində 40 fələstinlini həbs edib

İsrail ordusunun işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində 40 fələstinlini nəzarətə götürdüyü bildirilib.

Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.

Qeyd olunub ki, İsrail ordusu son 24 saat ərzində işğal altındakı İordan çayının qərb sahilinin müxtəlif şəhərlərində keçmiş məhbuslar da daxil olmaqla azı 40 fələstinlini nəzarətə götürüb.

Son həbslərlə 7 oktyabrdan bəri işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə nəzarətə alınan fələstinlilərin sayı 10 min 700-ə çatıb, İsrail əsgərləri və Fələstin torpaqlarını qəsb edən israillilərin hücumlarında isə 703 fələstinli həyatını itirib.

Əli Hüseynov

 

 

Seçilən
107
bakivaxti.az

1Mənbələr