AZ

Məşhur musiqiçi intihar etmək istəyən qadını xilas etdi - Video

Məşhur musiqiçi Con Bon Jovi Nyu-Yorkda intihara cəhd edən şəxsi xilas edib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Kamberlend çayı üzərindəki Neşvill körpüsündə baş verib.

Müşahidə kameralarının görüntülərində qadının körpünün məhəccərinə dırmaşdığı və özünü çaya atmaq istədiyi görünür. Bu zaman Bon Jovi qadınla sakitcə söhbət edib və ona psixoloji təsir göstərərk fikrindən daşındırıb.

Ölümdən son anda xilas olan qadının musiqiçini qucaqlaması da diqqətdən qaçmayıb.

Həmin görüntüləri təqdim edirik:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
35
3
qafqazinfo.az

4Mənbələr