AZ

Bakıda strateji kommunikasiyalar mövzusunda kurs keçirilib

Bakı. Trend:

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və NATO-nun BrunssumBirgə Qüvvələr Komandanlığının təşkilatçılığı, Medianın İnkişafıAgentliyinin dəstəyi ilə Bakıda strateji kommunikasiyalarmövzusunda kurs keçirilib.

Trend bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələrİdarəsində keçirilən kursda dövlət qurumlarının nümayəndələriiştirak ediblər.

İştirakçılara müdafiə naziri general-polkovnik Zakir Həsənovunmüvafiq qərarı ilə təsdiq edilmiş Müdafiə NazirliyininKommunikasiya Strategiyası ilə bağlı təqdimat verilib.

Kursda, həmçinin NATO-da strateji kommunikasiyanın təşkili vəhərbi-ictimai əlaqələrin qurulması mövzusunda brifinqlər təqdimedilib, eləcə də qarşılıqlı müzakirələr aparılıb və iştirakçılarımaraqlandıran suallar cavablandırılıb.

Kurs müddətində iştirakçılar Nazirliyin nəşriyyat, multimedia vəredaksiya fəaliyyəti ilə tanış olub, müvafiq tapşırıqları yerinəyetiriblər.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib.

Məqalədə:
Seçilən
92
16
az.trend.az

10Mənbələr