AZ

Azərbaycan və Lüksemburqun xarici işlər nazirləri ikitərəfli münasibətləri müzakirə ediblər

Cümə axşamı Azərbaycan və Lüksemburq xarici işlər nazirləri arasında telefon danışığı olub. Ceyhun Bayramov və Xavier Bettel ikitərəfli əməkdaşlıq, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.

Xarici İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Bayramov postmünaqişə dövründə regionda vəziyyət və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesi barədə Bettelə ətraflı məlumat verib.

Bayramovun sözlərinə görə, Ermənistan qanunvericiliyində Azərbaycana qarşı ərazi iddiaları, eləcə də Ermənistanın sürətlə hərbiləşməsi sülh prosesini təhdid edir.

Qeyd edək ki, Lüksemburqun xarici işlər naziri az öncə Ermənistanda olub və Yerevanın mövqeyini dəstəklədiyini bildirib.

Seçilən
78
turan.az

1Mənbələr