AZ

MDU-da “Liderlik və auditoriyanın idarə edilməsi” mövzusunda təlim keçirilib

Bakı, 12 sentyabr, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) Keyfiyyət Təminatı və Davamlı İnkişaf Şöbəsinin təşkilatçılığı ilə “Liderlik və auditoriyanın idarə edilməsi” mövzusunda təlim keçirilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, gənc müəllimlər və əməkdaşlar üçün nəzərdə tutulmuş təlim liderlik bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyıb.

Sənayenin təşkili və idarəetmə kafedrasının baş müəllimi Zaur Rəsulov çıxış edərək, təlimin əsas məqsədinin iştirakçılara liderlik rolunu mənimsətmək olduğunu vurğulayıb. O, həmçinin qeyd edib ki, gənclər auditoriya qarşısında özlərini daha inamlı və effektiv şəkildə ifadə etməyi bacarmalıdırlar. Bu səpkidə təlimlərin iştirakçılara liderlik anlayışını dərinləşdirmək və auditoriya qarşısında çıxış etmə imkanları yaratdığını bildirib.

Proqram çərçivəsində iştirakçılar “Liderlik”, “Müəllim-liderin keyfiyyətləri”, “Müəllim-liderin tipləri”, “Auditoriyada münaqişələrin həll edilməsi”, “Liderlik bacarığının inkişaf etdirilməsi” və bu kimi digər təqdimatlar vasitəsilə vacib nəzəri bilikləri mənimsəyib, çətin şəraitlərdə qərar qəbul etmək və auditoriyanı idarə etmək bacarıqlarını inkişaf etdirmək imkanı qazanıblar.

Sonda mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
31
azertag.az

1Mənbələr