AZ

Tehran Zəngəzur dəhlizindən niyə qorxur? Vəziyyət dəyişəcək

Son zamanlar Zəngəzur dəhlizi ətrafında artan fəallıq fonunda İran müxtəlif vasitələrlə hazırda Rusiyanın da dövlət səviyyəsində dəstəklədiyi görünən koomunikasiya xəttlərinin açılmasına qarşıdır. Rəsmi Tehran Zəngəzur dəhlizini “NATO-nun Turan dəhlizi” adlandırır, narahatlığı ifadə olunur. Bəs, Tehranın dəhlizlə bağlı narahatlığına səbəb nədir?

Mövzu ilə bağlı Medianews.az -a danışan politiloq İlyas Hüseynov bildirib ki, regional kommunikasiya xətlərinin açılması və xüsusilə Zəngəzur dəhlizinin istifadəsi istiqamatində maraqlar toqquşur.

“Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallıqlar özünü göstərir. Digər tərəfdən İranın qəti surətdə Zəngəzur dəhlizinə qarşı çıxmasının məntiqini anlamaq çətindir. Tehran elə başa düşür ki, bununla regionda vəziyyət, sərhədlər dəyişəcək. Bu da İran üçün qırmızı cizgi hesab olunur. Dəhlizlər dünyanın müxtəlif coğrafiyalarında mövcuddur. Onların mahiyyəti iqtisadi səmərəliliyi artırmaq, əməkdaşlığı gücləndirmək və sülhün dayanıqlığını təmin etməkdir”,- o deyib.

Politoloqun fikrincə, İranın arxasında duran bəzi qüvvələr də Tehranın mövqeyini dəstəkləyir. Bu səbəbdən vəziyyət daha da gərginləşir.

O bildirib ki, İran və Rusiya arasında geosiyasi problemlərin yaranması gərginliyin artmasına gətirib çıxarır.

“İranın hərbi elitasını təmsil edən şəxslərlə Rusiya Təhlükəsizlik Şurasının rəhbər heyəti arasında görüş keçirilməsi hesab edirəm ki, vəziyyəti bir qədər yumşaldacaq. Lakin dəhlizin açılması qaçılmaz vəziyyətə çevrilib. Region məsələləri regionda həll edilməlidir. Məlum olduğu kimi, növbəti görüş Türkiyədə baş tutacaq. Bu, sözügedən regional xəttlərin açılması yönündə yeni imkanlar formalaşdıracaq”,- deyə İ.Hüseynov fikrini yekunlaşdırıb.

Ayşən Rəhim

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
medianews.az

1Mənbələr