AZ

Əfsanəvi Bon Covi intihar edən qadını xilas etdi - VİDEO

Amerikanın məşhur rok qrupu Bon Jovi-nin solisti Con Bon Covi qəhrəmanlıq göstərib. Page Six-in yaydığı məlumata görə o, bir qadını intihardan xilas edərək faciənin qarşısını alıb. Qrupun klip çəkilişi zamanı yoldan keçənlərdən biri körpüdən tullanmaq istəyib. 

"Hadisə "People's House" mahnısına klip çəkilişləri zamanı baş verib. Con Bon Covi Neşvildə (ABŞ-red.) Con Zayqentaler körpüsünün kənarında dayanan qadının təhlükəli addım atmağa hazırlaşdığını görüb. Hadisə yerindən çəkilən video Neşvile Polis İdarəsi tərəfindən yayılıb. Kadrlarda Bon Covinin məşhur körpüdə yavaş-yavaş bir qadına yaxınlaşdığı görünür", - nəşr yazıb.

Qeyd edilib ki, 62 yaşlı musiqiçi qadından bir neçə addım aralıda dayanıb və onu sakitləşdirməyə, niyyətindən yayındırmağa çalışaraq danışmağa başlayıb.


Tural

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
29
news365.az

1Mənbələr