Azərbaycan millisinin futbolçusu Sadiq Bagiev Rusiyada klubunu dəyişib. SİA xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi "Kuban Holdinq"dən “SKA-Xabarovsk”a keçib.
I Liqa təmsilçisi onunla 3 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Sadiq Bagiev 2021-ci ildə Azərbaycanın U-18 yığmasının heyətində Birləşmiş Ərəb Əmirlikləri komandası ilə yoldaşlıq matçında (2:0) fərqlənib. O, ötən mövsüm “Kuban Holdinq”in heyətində ikinci liqada 20 (3 qol), kubokda 2 oyunda meydanda olub.