AZ

İranlı deputatdan Pezeşkiana müraciət: “Qonşu dövlətlərlə…”

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədr müavini Abbas Moqtadai prezident Pezeşkian administrasiyasını qonşu ölkələrlə əlaqələrin yaxşılaşdırılmasına diqqət yetirməyə çağırıb.

“Cebheinfo.az” xəbər verir ki, Abbas Moqtadai “Mehr” xəbər agentliyinə verdiyi müsahibədə bildirib ki, 14-cü hökumət ölkənin iqtisadi artım hədəflərinə çatmaq üçün qonşuları ilə əlaqələrin gücləndirilməsinə diqqət yetirməlidir.

“İranın xarici siyasətində qonşu dövlətlərlə münasibətlərin möhkəmləndirilməsi və yaxşılaşdırılması prioritet olmalıdır”,- deyən Moqtadai qonşularla qarşılıqlı əlaqələrin gücləndirilməsinin çox vacib olduğunu deyib:

“Bunu parlament üzvləri sessiyalar zamanı dəfələrlə vurğulayıblar”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
cebheinfo.az

1Mənbələr