AZ

Adı Avropa nəhəngləri ilə hallanan Poçettinonun yeni iş yeri bilindi

"Çelsi"nin və "Tottenhem"in keçmiş baş məşqçisi Maurisio Poçettinonun yeni iş yeri təəccübləndirib. Metbuat.az xəbər verir ki, Maurisio Poçettino ABŞ milli komandasında işləyəcək. Amerika Birləşmiş Ştatları Futbol Federasiyası Maurisio Poçettinoun kişilərdən ibarət milli komandanın baş məşqçisi təyin edildiyini açıqlayıb. Poçettino bildirib ki, ABŞ futbolunda çalışmaq qərarı onun üçün təkcə futbolla bağlı deyil. Baş məşqçi ABŞ-da işləməyə səyahət kimi yanaşıb. Poçettino sosial şəbəkədə paylaşdığı videoda "ABŞ-ın kişilərdən ibarət milli komandasının yeni baş məşqçisi olmaqdan çox həyəcanlıyam. Bu, əla fürsətdir” deyə bildirib.

Qeyd edək ki, "Tottenhem"dəki uğurlardan sonra Maurisio Poçettinonun adı Avropa nəhəngləri ilə hallanırdı. Baş məşqçinin adı “Real Madrid”lə də gündəmə gəlmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
9
metbuat.az

1Mənbələr