AZ

“Artıq dünya zooparklarında insanları əyləndirmək üçün heyvan saxlamırlar, bizdə isə..” - MARAQLI+ÖZƏL

“Çox ciddi nəzarət olunan beynəlxalq standart var. Təbii ki, zoopark işçiləri bunu daha yaxşı bilirlər. Biz də bilirik ki, Beynəlxalq Zooparklar Assosiasiyası deyilən bir təşkilat var. Zooparkların məqsədi əvvəllər heyvanları saxlamaq, insanları əyləndirmək idi. Hazırda dünyada belə deyil. Bu gün bütün dünyada bir hərəkat var. Bu hərəkat da heyvanları zooparkda saxlamamaq, yenidən təbiətə qaytarmaq haqqlndadır”
 
Bunu Moderator.az-a Ümumdünya Təbiəti Mühafizə Fondunun əməkdaşı Könül Əhmədova deyib. O daha sonra əlavə edib.
“Bu hərəkatdan irəli gələrək zooparklar da öz fəaliyyətlərini dəyişdiriblər. Artıq dünyadakı zooparklar heyvanları saxlayıb insanları əyləndirmək ən-ənəsindən çıxıb. Hər-hansısa hissəsini itirmiş, ziyan görmüş, xəstələnən heyvanı götürüb sağaldırlar. Zooparklar indi həm də reabilitasiya mərkəzi kimi fəaliyyət göstərir. Onlar həmin heyvanları sağaldıb yenidən təbiətə qaytarmaqla məşğul olurlar. Onların da öz standartları var. Müəyyən beynəlxalq standartlar var ki, bizim zoopark da bunlara uyğun fəaliyyət göstərir. Dünya zooparklarından hər-hansısa bir vəhşi heyvan aldıqda da təbii ki, o protokollara, standartlara uyğun şəkildə fəaliyyətini qurur” deyə o bildirib.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
15
moderator.az

1Mənbələr