Ermənistan hökuməti bu gün keçirilən iclasında hərbi sənaye kompleksini inkişaf etdirmək üçün qərar qəbul edib.
Herbiand.az erməni mənbələrinə istinadən xəbər verir ki, “Ermənistan Respublikası Hökumətinin 22 dekabr 2016-cı il tarixli 1355 nömrəli Qərarına dəyişikliklər və əlavələr edilməsi haqqında” layihəsi təsdiqlənib.
Dəyişikliklərdə məqsəd Ermənistan Respublikasının hərbi sənayesinin gələcək inkişafı üçün əlverişli şərait yaratmaqdır.