AZ

Fazil Qasımov aclığa davam edir

İstanbul Universitetinin doktorantı Fazil Qasımov artıq 91 gündür aclıq edir. O, “qanunsuz həbsinə” etiraz edir.

Onun  qardaşı Nazim Qasımovun sözlərinə görə, Fazilin vəziyyəti olduqca ağırdır.

“O, hər an həyatını itirə bilər. Yalvarışlarımıza baxmayaraq, inadından dönmür. Sentyabrın 19-da Fazilin növbəti məhkəməsidir. O, bütün vəsatətlər təmin olunmadığı müddətdə aclığı  davam etdirəcəyini bildirib” , - Nazim Qasımov deyib.

Qardaşının dediyinə görə, müalicə müəssisəsində Fazil Qasımovun vəkilləri ilə danışıqlarına qulaq asılır.

* Bakı 1 saylı İstintaq Təcridxanasının sanitar-tibb şöbəsində saxlanılan Fazil Qasımov aclıq səbəbindən səhhətinin kəskin pisləşməsi ilə əlaqədar iyulun 26-na keçən gecə Penitensiar Xidmətin sanatoriyasına köçürülüb.

Qasımov 8 avqust 2023-cü ildə İstanbulda həbs olunaraq Azərbaycana gətirilib. Onu iqtisadçı Qubad İbadoğlu ilə birlikdə saxta pul hazırlamaqda (Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi)  ittiham ediblər.

Hazırda Fazil Qasımovun cinayət işinə Qubad İbadoğlunun cinayət işindən ayrı baxılır.

Seçilən
100
turan.az

1Mənbələr