AZ

Argentina millisi vacib oyunçusunu itirə bilər

Argentina millisi qapıçı Emiliano Martinesin köməyindən məhrum ola bilər.Komanda.az “Canalrcn”-ə istinadən xəbər verir ki, argentinalı futbolçu Kolumbiyaya məğlubiyyətindən sonra emosional davranışına görə cəzalana bilər.Martines matçın final fitindən sonra operatorun kamerasına tuş gəlib. O, xoşagəlməz davranışına görə üç oyunluq diskvalifikasiya oluna bilər.Argentina millisi DÇ-2026-nın seçmə mərhələsinin Kolumbiya yığmasına qarşı matçında 1:2 hesablı məğlubiyyətə üzülüb. Bu uğursuzluğa baxmayaraq, son dünya çempionları turnir cədvəlinə başçılıq etməkdə davam edirlər. Kolumbiya 2-ci yerdədir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
13
komanda.az

1Mənbələr