AZ

Ermənistanda narkotik qaçaqmalçılığı artıb

Ermənistanda narkotik qaçaqmalçılığı faktlarının artması müşahidə olunur.  

Herbiand.az xəbər verir ki, bunu Ermənistanın baş preokuroru Anna Vardapetyan hökumətin bu gün keçirilən iclasında bildirib.

Prokuror hesab edir ki,  qaçaqmalçılıq faklarının sayının artmasını bu cinayyətlərin aşkarlanmasının artması deməkdir:

“Yəni Ermənistana narkotik keçirməyə cəhd edəndə bu cinayətin üstü açılır. Əvvəlki illərdə bizdə qaçaqmalçılıq üzrə belə göstərici yox idi”.

Anna Vardapetyan qeyd edib ki, 2023-cü ildə dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi artıb.

2023-cü ilin fevralında polisin məlumatına görə, Ermənistanda 2022-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı qeydə alınan halların sayı 76,3%, narkotik vasitələrin satışı ilə bağlı aşkarlanmış halların sayı 94,9% artıb. Agentlik 2023-cü ili narkotiklərlə mübarizə ili elan edib. 2023-cü il martın 15-də Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rüstəm Badasyan Ermənistana narkotik vasitələrin idxalına cəhdlərin sayının artdığını bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
herbiand.az

1Mənbələr