ABŞ-ın ərzaq bankları şəbəkəsi olan “Feeding America”-nın hesablamalarına görə, amerikalılar hər il təxminən 41 milyard kiloqram qida israf edir. Bu, təxminən 145 milyard dəfəlik yemək payı deməkdir. Lakin qidanın ehtiyacı olan insanlara çatmasını təmin etmək üçün bəzi yeni yüksək texnologiya yolları var.
Vaşinqtonda gecədir və hind restoranı “Rasa”-nın işçiləri yemək sifarişləri hazırlayır. Lakin müştərilər nə əldə etdəcəklərini bilmir. Onlar menuda olan qidaya görə deyil, məbləğə əsasən sifariş verir. "Rasa”-nın direktoru Rahul Vinod: "[Biz] daha çox isti yeməklər, xüsusən də ertəsi gün onları yenidən qızdırdığınız zaman təzə qalan bəzi zülalları olan yeməklər veririk ki, müştərilər həmin inqrediyentlərin qarışığını və uyğunluğunu əldə etsinlər".
Endirimli qiymətlərlə, istifadə vaxtı sona çatmaqda olan yeməklər almaq istəyən insanlar restoranlar, kafelər və supermarketlərdən yeməyi "Too Good To Go" adlı mobil proqram vasitəsilə sifariş edir.
"Rasa"-dan olan bu qabdakı yeməyin qiyməti adətən 10-13 dollardır. Tətbiq vasitəsilə 6 dollar yarıma başa gəlir.
Vinod deyir ki, restoran sahibləri bu sifarişlərdən çox pul qazanmır lakin bu, yeməkləri atmaqdan daha yaxşıdır. Və əlavə fayda yeni müştərilərin cəlb edilməsidir. "Tətbiq vasitəsilə bizi tapan çoxdur və onlar yaxınlıqda olanları görə bilir."
"Too Good To Go" 2015-ci ildə Danimarkada başlayıb, lakin hazırda Avropa və Şimali Amerikada fəaliyyət göstərir.
Şirkətin Şimali Amerika üzrə vitse-prezidentinin sözlərinə görə, hazırda təxminən səkkiz milyon ABŞ istifadəçisi var. "Too Good to Go"-nun Şimali Amerika üzrə vitse-prezidenti Kris Makoley: "Bizim böyük bir qrup istifadəçimiz var ki, onlar həqiqətən ailələri üçün süfrələrinə yemək qoyur. Və sonra qutuları açmaq xarakterini həqiqətən sevən istifadəçilərimiz də var."
Yemək atılmalı olduqda isə bunun üçün başqa bir proqram da var. Tətbiqlə idarə olunan bu ağıllı qutularını təxminən 400-ü Nyu Yorkdadır. Onlar köhnə yeməkləri təkrar emal etmək və zibilliklərdən kənarda saxlamaq üçün istifadə olunur.
ABŞ Kənd Təsərrüfatı Nazirliyinin bildirdiyinə görə, ABŞ-da bütün yeməklərin təxminən üçdə biri yeyilməyərək, zibilliyə gedir.
“Too Good To Go”-dan Kris Makoley deyir ki, yeyilə bilən, lakin istifadə olunmayan qidadan istifadə etmək və ya təkrar istifadə etmək milli məqsəd olmalıdır. "Bu, sırf siyasət olmayacaq. Sırf dəyişikliklər edən müəssisələr olmayacaq. Sadəcə fərqli bir şey edən istehlakçılar olmayacaq. Biz bununla bütün bu cəbhələrdə irəliləyiş əldə edəcəyik."
Ərzaq tullantıları sadəcə tullantı deyil, çürüyən ərzaq ən güclü istixana qazlarının isrehsal etdiyi metan istehsal edir ki, bunun da iqlim dəyişikliyinə böyük təsiri var.
visiontv.az