AZ

Ermənistan Naxçıvanı buna görə hədəf seçib – Sərt cavab zərbəsi…

Müdafiə Nazirliyindən verilən məlumata görə, Azərbaycan Ordusunun Naxçıvan istiqamətindəki mövqeləri yenidən atəşə tutulub. Ümumiyyətlə, son günlər əsasən də Naxçıvan istiqamətində atəşkəs pozuntusunun şahidi oluruq.

Ermənistan Naxçıvanı niyə hədəf seçib? Azərbaycanın cavabı nə olacaq?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, Ermənistan Azərbaycanda keçirilməsi gözlənilən beynəlxalq tədbirlər fonunda belə addımlar atır:

“Formula-1, COP29 tədbirləri ərəfəsində bu kimi təxribatların baş verməsi qəbuledilməzdir. Azərbaycan Ordusu Ermənistanın atəş açdığı mövqeləri dərhal darmadağın etməlidir. Düşmən atəşkəs pozuntularının nə qədər təhlükəli ənənə olduğunu elə ilk atəşdə anlamalıdır. Ermənistan təmkin və səbrimizi zorlamaqda davam edir.

Ədalət Verdiyev

Avqust ayının 15-16-da, ümumiyyətlə, son bir neçə ay ərzində intensiv formada həyata keçirilən bu təxribatlar, atəşkəs pozuntuları ABŞ-ın İrəvana hərbi dəstək verməsi, eləcə də təlimlər keçirməsinin ardınca daha da artdı.

Lakin Azərbaycan Ordusu üçün bu təxribatların kimin tərəfindən, niyə törədilməsinin əhəmiyyəti yoxdur. Ordumuz bu cür təxribatlara hələ ki adekvat cavab verir. Təxribatlar genişlənərsə, Ermənistan hərbi mövqelərinə kifayət qədər sərt cavab zərbəsi endirilə bilər”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
turkustan.az

1Mənbələr