AZ

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində növbəti tədbir keçirilib

Naftalan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində "İdmanı sev-sağlam ol" layihəsi davam etdirilir. Uşaq Gənclər və İdman Məktəbinin dəstəyi ilə şəhərin parklarında cüdo, gimnastika və boks idman növləri üzrə nümunəvi çıxışlar nümayiş olunub.

Yaşından, fiziki qabiliyyətindən asılı olmayaraq hər bir şəxsin idmanla məşğul olmasının vacibliyi, sağlam həyat tərzinin əhəmiyyəti barədə iştirakçılara məlumat verilib. Qeyd edilib ki, idmanın müxtəlif növləri ilə yanaşı gimnastika da hamı üçün əyləncə, sağlam həyat tərzi və dostluq fəlsəfəsinin təcəssümüdür.

Layihəyə müxtəlif yaş qrupları aralığında 60-dan artıq iştirakçı qatılıb. İdman tədbirinin təşkilində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkil edilməsi, əhali arasında idmanın müxtəlif növlərinə marağın artırılması, sağlam həyat tərzinin təbliğidir.

Seçilən
37
naftalan-ih.gov.az

1Mənbələr