AZ

Türkiyədə rezonans doğuran “Zabit andı”nın ilginc tarixi üzə çıxıb

Türkiyədə

Dövlət məmurları meydanı tərk etdikdən sonra Hərbi Akademiyadan məzun olan gənc zabitlərin buraxılış mərasimində oxuduqları pirat “Zabit andı”nın tarixi 28 fevral post-modern çevriliş dövrünə gedib çıxır. Xalqcəbhəsi.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ilk dəfə 1997-ci ildə hərbi məktəblərdə mərasim direktivlərinə əlavə edilən bu and, 28 Fevral dövründə Refah-Yol Hökumətinin hərbi, siyasi və media təzyiqi ilə istefaya məcbur edildiyi, dindarların hədəf alındığı, hicabın tamamilə qadağan edildiyi, təhsildə imam-hatip məktəblərinin bağlanması üçün maneələr qoyulduğu bir dövrdə Hərbi Hava Qüvvələri Akademiyasının məzuniyyət mərasimində oxundu. Dövrün qəzetlərində “Qartallardan dünyəvilik andı” başlıqları ilə xəbər verilən andın altında çevriliş dövrünün Baş Qərargah rəisi Hüseyn Kıvrıkoğlunun imzası var. Arxivdəki rəsmi yazışmalara görə, Kıvrıkoğlu zabit andının dəyişdirilməsi və dünyəviliyin vurğulanması ilə bağlı əmr verib. And mətni 15 iyul çevriliş cəhdindən sonra ləğv edilib...”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
14
xalqcebhesi.az

1Mənbələr