AZ

Müqaviləsi mövsümün sonunda bitən Arteta ilə bağlı qərar verildi

“Arsenal” rəhbərliyi ötən mövsüm "Mançester Siti" ilə çempionluq uğrunda mübarizə aparan Mikel Artetanın gələcəyi ilə bağlı qərar verib. Metbuat.az xəbər verir ki, Artetanın müqaviləsi bu mövsümün sonunda başa çatdığına görə, “Arsenal” rəhbərliyi məşqçinin klubda qalıb-qalmayacağını müzakirə edib. “The Athletic”in məlumatına görə, “Arsenal” Mikel Arteta ilə davam etmək qərarına gəlib və ispan menecerlə müqaviləni 2027-ci ilə qədər uzadacaq. Onun müqaviləsi bu mövsümün sonunda yekunlaşır.

Ötən mövsümü çempion "Mançester Siti"dən 2 xal geridə tamamlayan Mikel Artetanın yetirmələri yeni mövsümə 2 qələbə və 1 heç-heçə ilə başlayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
8
metbuat.az

1Mənbələr