AZ

İrana qarşı əməliyyat: İldırım sürətilə ələ keçirdilər

Suriya mediası İsrail Müdafiə Qüvvələrinin iranlı zabitlərin qaçırılması ilə həyata keçirdiyi gizli əməliyyatı barədə məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, məlumatda İsrailin bu yaxınlarda yüksək rütbəli iranlı zabitlərin olduğu “Masyaf” kimyəvi silah tədqiqat mərkəzinə hücum etdiyi bildirilir.

Hava hücumundan sonra helikopterdən israilli desantlar yerə endiriblər. İldırımsürətli əməliyyatla 2-4 arası iranlı zabitin ələ keçirilərək naməlum istiqamətə aparıldığı deyilir.

“İran və Suriyanın ciddi məxfilik tədbirləri səbəbindən girov götürülən zabitlərin dəqiq sayı hələlik məlum deyil”, - Suriya mənbələri qeyd edirlər.


Müəllif: Mənsur Rəğbətoğlu
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
10
teleqraf.com

1Mənbələr