Artıq 34 ölkə BRİKS-ə qoşulmaq arzusunu bildirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda təşkilata üzv ölkələrin təhlükəsizlik məsələlərinə cavabdeh olan yüksək səviyyəli nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, təşkilat üzvləri bir çox dövlətlər tərəfindən BRİKS-ə artan marağı gözardı edə bilməzdilər.
Rusiya lideri əlavə edib ki, BRİKS-in hazırkı sədri kimi Rusiya bu il assosiasiya çərçivəsində birgə fəaliyyətin təşkilinə böyük məsuliyyətlə yanaşıb.