AZ

Qlobal neft tədarükü ötən ay gündəlik 80 min barel artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Qlobal neft tədarükü avqustda gündəlik 80 min barel artıb.

Banco.az xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (IEA) avqust ayı üzrə neft bazarı hesabatına əsasən, Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) xam neft hasilatı avqust ayında əvvəlki ayla müqayisədə gündəlik 70 min barel azalaraq 27 milyon 370 min barelə geriləyib.

Bu dövrdə OPEC-in xam neftdən başqa qeyri-ənənəvi hasilatı gündəlik 5 milyon 610 min barel olaraq qeyd edilib. Bununla da OPEC-in ötən ay ümumi neft hasilatı gündəlik 32 milyon 980 min barel olub.

Bu göstərici əvvəlki ayın səviyyəsindən gündəlik 70 min barel aşağıdır.

OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı sözügedən dövrdə 150 min barel artaraq 70 milyon 550 min barelə çatıb. Beləliklə, qlobal neft hasilatı avqust ayında əvvəlki ayla müqayisədə gündəlik təxminən 80 min barel artaraq 103 milyon 530 barelə çatıb.

Ən sərfəli kredit üçün müraciət et

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
16
banco.az

1Mənbələr